DİN-in Nardaranda inzibati binası açıldı

DİN-in Nardaranda inzibati binası açıldıbackend

Dekabrın 24-də Daxili İşlər Nazirliyinin Sabunçu rayonunun Nardaran qəsəbəsindəki xidməti binası və Xətai rayounda Əlahiddə Çevik Polis Alayının yeni korpusu istifadəyə verilib.

DİN-dən Busaat.az-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov hər iki tədbirdə iştirak edib.

Nazir görülən işləri yüksək qiymətləndirib, şəxsi heyətin daha səmərəli fəaliyyət göstərməsi üçün yaradılan şəraitdən məmnunluğunu bildirib, konkret tapşırıq və tövsiyələrini verib.

O qeyd edib ki, daxili işlər orqanlarının maddi-texniki bazasının, əməkdaşların xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Yeni inzibati binaların istifadəyə verilməsi də şəxsi heyətə dövlət qayğısının növbəti əyani təzahürüdür.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90