“Diplomatik əlaqələrin bərpası İranın nə dərəcədə praktiki addımlar atacağından asılıdır…” – ŞƏRH

image-1472543backend

Məlumdur ki, artıq 2 gündür Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iclası keçirilir. Bu tədbirdə Azərbaycan dövlət başçısı ilə İran XİN rəhbərinin də görüşü olub.İran rəsmisi tezlik Azərbaycan səfirliyinə hücum edənlərin ən ağır cəza alacaqlarını bildirib. Ümumiyyətlə bu görüşdən sonra iki ölkə arasında dövlətlərarası münasibətlər necə olacaq? İran tərəfinin səmimiyyətinə inanmaq olarmı?

Sözügedən mövzu ilə bağlı politoloq Şəbnəm Həsənova Busaat.az-a  açıqlamasında bunları vurğuladı:

image-cb0a7bdc-45df-48e9-a96c-2ea16fa40e18

“Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşü, sözügedən təşkilatın indiki dünya nizamında önəmi və bu siyasi təsisatın fəallığının və aktuallığının artırılmasına yaranmış zərurət fonunda Azərbaycan Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi fikirlər sadəcə regional kontekstdə deyil, dünya miqyasında oldquca böyük önəm daşıyır. Bu dəfə də Azərbaycan liderinin irəli sürdüyü təşəbbüslər hər kəs tərəfindən qəbul və təqdir olundu. Fransa məhz bunu həzm edə bilmir ki, Azərbaycan ona  bütün meyarlar üzrə adətən dərs keçir. Özü də onun iradəsindən kənarda. Azərbaycan liderinin sözünün önəmi, çəkisi, ən əsası Fransanın iyrənc siyasəti ilə bağlı fikirləri açıqca bildirməsinin ardınca görüşün ikinci günü hələ də bu dövlətin zülm siyasətinə məruz qalan aktorlar tərəfindən həmin hadisələri, həqiqətləri bilavasitə yaşamış insanların əsaslandırmasının, təsdiq etməsinin nəticəsidir ki, müxtəlif dövlətlərin və xalqların nümayəndələri tərəfindən Fransanın onlardan bir əşya kimi istifadə etdiyinin, öz taleləri barəsində qərar vermə hüququndan məhrum etdiyinin və bu qəbildən daha ağır həqiqətlərin söylənildiyinin şahidi olduq. Ağır həm də o baxımdan ki, özünün demokratik prinsiplərlə idarə edildiyi imicini yaradan bir dövlətin əsil siması bütün çılpaqlığı ilə masa üzərinə sərildi. Təbii ki, bunlar önəmli məsələlərdir. 

Bütün yaşananların fonunda isə hələ tədbirdən öncə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Azərbaycana səfər edəcəyi xəbərinin çıxması idi ki, bu, xüsusilə maraqla gözlənirdi. Çünki həm də bir neçə gün öncə Azərbaycan tərəfindən rəsmi olaraq yenidən o fikir səsləndirildi ki, diplomatik əlaqələrin bərpası İranın nə dərəcədə bu məsələdə praktiki addımlar atacağından asılıdır. 

Vaxtilə İranla Rusiyanın Ermənistan-Azərbaycan məsələsinə demək olar ki, bənzəri yanaşmaları olsa da sonradan istər Zəngəzur dəhlizi, İsrail faktoru, Türkiyə-Rusiya, Türkiyə-Azərbaycan münasibətləri fonunda xeyli fikir ayrılıqları yarandı. Bunun ən pik həddi səfirliyimizə edilən hücum zamanı oldu ki İranın əsil siması sanki partlayış vermiş oldu. Rusiyanın Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələri və tranzit variantlarını aktual saxlamaq, eyni zamanda daha da genişləndirmək zərurəti Moskvanın Cənubi Qafqazdakı proseslərə ilkin olaraq Türkiyə, Azərbaycan vasitəsilə çevik yanaşmağa vadar olması ilə avtomatik İran arxa plana düşdü. Beləliklə də Rusiya, İran və Ermənistan arasında yazılmamış ittifaq pozuldu. İranın qarşısında şimal-qərb sərhədləri boyunca təhlükəsizlik və strateji dilemma yarandı. 

Sualınıza birbaşa cavab vermək üçün isə ən çox da İranla bağlı heç zaman unutmamalı olduğumuz bir həqiqəti söyləmək zərurəti yaranır. Dəyər ikiüzlülüyü və siyasət səmimiyyəti sikkənin iki fərqli üzüdür ki, biri digərindən ayrıla bilməz. Yalnız sözlərin, ritorikanın deyil, davranışların aktual və zəruri olduğu siyasətin formalaşmasının nəticələrinə diqqət yetirilməlidir. İranın yürütdüyü siyasətin, sərf etdiyi sözlərin qane olmadığının haqlı olaraq qınandığı, proseslərdən kənar tutulmasının səbəbi münafiqlik, sözdə işarə edilən və əməldə əldə edilən dəyərlər arasında qəsdən əlaqənin kəsilməsidir. Yəni, qarşıya qoyulmuş məqsədə nail ola bilən alət, ilk növbədə, siyasət məqsədini motivasiya edən dəyərlərə uyğun gəlmirsə, buna baxmayaraq, suboptimal ola bilər. Odur ki, İran uyğun olmayan davranışlardan çəkinib, uyğuna yaxın davranışlara ritorikasında deyil, praktiki addımlarında yaxınlaşmalıdır.”

Bünyamin Bünyadzadə

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90