
Diqqət ! - Azərbaycanın bu şəhərində yoluxma sürətlə artır — 16 nəfər ölüb
Son günlər Şirvan şəhərində koronavirusa yoluxanların sayında artım müşahidə olunur.
Busaat.az Redaktor.az-a istinadən xəbər verir ki , Şirvan şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, şəhər üzrə ümumilikdə 394 nəfər virusa yoluxub:
“Virusa yoluxanlardan 294-ü sağalıb, aktiv xəstə sayı isə 84 nəfərdir. Onlardan 27-si xəstəxanada, 57-si ev şəraitində müalicə alır. Ümumilikdə 16 nəfər dünyasını dəyişib”, – deyə bildirilib.























