Diqqət: Düşmən bu sahədə bu qədər zəif olduğumuzu bilməsin… – Video

image-azeriseqbackend

Azərbaycan həm enerji resurslarına həm də energetika sahəsindəki uğurlarına və nəaliyyətlərinə görə Qafqazın lider dövlətidir.Bu cənab Prezident İlham Əliyevin apardığı enerji siyasətinin nəticəsidir. Məhz onun 2005-2015-ci illər imzaladığı “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramı” və “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” haqqında Sərəncamları energetikada müasir inkişaf mərhələsində yeni eranın başlanğıcını qoydu. Bu gün Azərbaycan Respublikasının hətta Rusiya, Gürcüstan, İran və Türkiyə ilə elektroenergetika sahəsində əlaqələri mövcuddur və həmin ölkələrlə elektrik enerjisinin idxal-ixrac prosesi həyata keçirilir.

Təsəvvür edin, biz artıq heç bir ölkədən enerji sarıdan asılı vəziyyətdə deyilik. Amma illərin əziyyəti və əməyi nəticəsində istehsal etdiyimiz elektrik enerjisini bəzi vətəndaşlarımız normal qaydada istifadə edə bilmir.Xaçmazın Hacıqurbanoba kənd sakinləri də o vətəndaşlardandır.Mahiyyət etibarı ilə reportaj hazırladığım digər yaşayış massivlərindən və kəndlərindən fərqli olaraq bu kəndin elektrik təsərrüfatı daha acınacaqlı durumdadır.Vətəndaşlar özləri öz şəxsi vəsaitləri hesabına çəkiblər bu xətləri. ”Azərişıq”ın bu küçələrin elektrik şəbəkəsində 1 manat da xərci yoxdur.Kimin əlinə nə keçdi,bağından kəsib dirək kimi yapışdırıb hasarlara,bu da olub elektrik dirəyi.

Regionun ən güclü energetika istehsalçısı olan Azərbaycan abonentinin çəkdiyi əziyyətə baxın.Paxla şaxları ilə yerlə sürünən bu elektrik xətləri elə bil hansısa səyyar düşərgəyə müvəqqəti çəkilib.Elə bil, burda adam insan yaşamır.Vallah bu görüntüləri ölkə başçısı görsə, sizi 1 dəqiqədə qoymaz o vəzifələrdə.İnsanlara belə sayğısız və biganə davranış göstərmək olmaz əziz, “Azərişiq”…

Hər ay 1 milyon manata yaxın pul ödəyir Xaçmaz istifadə olunan elektrik enerjisinə görə.(Əhali və qeyri əhali)Və bu baxımdan ölkədə ilk sıralarda qərarlaşır.Bəs bu intizama yaraşırmı bu şəbəkə? Şəbəkə demək olarsa…
Daha ətraflı hazırladığımız videoreportajda

Cəlal Fərzəliyev.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90