DSMF sədrinə yeni müşavir təyin olundu – FOTO

image-img_6491backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat olub.

Busaat.az Banker.az-a istinadən xəbər verir ki, Rövşən Tofiq oğlu Didavari 2025-ci ilin may ayından etibarən DSMF-nin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub.

Ona qədər bu vəzifədə Yusif Eyvaz oğlu Əkpərov idi.

Qeyd edək ki, R.Didavari 2024-2025-ci illərdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın Müraciətlərə baxılması departamentinin Hərbi rütbəli şəxslərin müraciətlərinin cavablandırılması şöbəsində böyük mütəxəssis kimi fəaliyyət göstərib.

image-img_6492


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki