Məzmuna keç
  • Brent neft95.79 $▲4.93%
  • WTI neft88.74 $▲4.07%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.367 $▲3.03%
  • Qızıl3 882 $▼2.47%
  • Gümüş49.94 $▼2.89%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda582.50 ¢▼3.16%
  • Bitcoin71 488 $▼3.30%
  • Ethereum2 016 $▼1.83%
  • S&P 5007 592▼0.33%
11°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Gündəm

DSX-dan 200 minlik tender: Qalib şirkət elandan sonra yaranıb (FOTOFAKT)

image-seventimes_1b96343672a5fa3c8cac4f6402cad694_oijw92kve0ht6g375yfp-768x403
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi “Lıon Supplıes” MMC (VÖEN- 2906624951) olub.

Busaat.az   Yeniavaz-a istnadən xəbər verir ki, qalib şirkət DSX-ya 560 ədəd istehsalat masası və stellaj satacaq və qarşılığında 199 min 892 manat alacaq.

Tender müsabiqəsinin qalibi olan “Lıon Supplıes” MMC 31.03.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Sumqayıt şəhəri, 18 MKR, ev 34, m. 23-də yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Qənbərov Şirxan Şirzad oğludur.

Maraqlıdır ki, DSX tender elanının MMC-nin dövlət qeydiyyatına alındığı gündən 2 gün əvvəl – 29.03.2022-ci il tarixində elan edib. Yəni, 200 min manatlıq tender elan olunan zaman “Lıon Supplıes” MMC mövcud olmayıb. Sənəd qəbulu isə aprel ayının 19-na kimi qəbul edilib.

Diqqət çəkən daha bir məqam isə odur ki, tender elanında tələb olunan sənədlərdən biri MMC-nin 2020-ci il üzrə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surətidir. Məlum məsələdir ki, 31.03.2022-ci il tarixində dövlət qeydiyyatına alınan MMC-nin 2020-ci il üçün maliyyə hesabatı təqdim etməsi mümkün deyil. Çünki 2020-ci ildə “Lıon Supplıes” adlı MMC olmayıb.

Bunlardan başqa tələb olunan sənədlər arasında MMC-nin potensialı, maddi-texniki bazası, müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, etibarlılığının olmasına dair arayış və təsdiqedici sənədlər yer alır.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər də yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.
Tender elan olunduğu gündən 2 gün sonra yaranan şirkətin hansı təcrübəsinin olacağı və bunu hansı sənədlərlə təsdiq edəcəyi aydın deyil.

Məsələ ilə bağlı suallarımızı DSX-nin mətbuat xidmətinə ünvanladıq. Qurumdan suallarımıza cavab verildiyi təqdirdə yazıya əlavə olunacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=83200