DSX: Dövlət sərhədində uçuş aparatı zərərsizləşdirilib

image-7205aba4-cb71-3eeb-a7f9-f2e6e4731f3e_850backend

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Bu barədə Busaat.az-a Dövlət Sərhəd Xidmətdən məlumat verilib.

Bildirilib ki, mart ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qoşun-əməliyyat tədbirləri nəticəsində kiçik həcmli uçuş vasitəsi zərərsizləşdirilmiş, 460 qram narkotik vasitə marixuana ərazidən götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki