Dünya Bankı: “Azərbaycanda enerji istehlakında…”

image-1708599269116786940065d727e5aca4cbackend

Azərbaycanda enerji istehlakında binaların payı təqribən 55 % təşkil edir ki, bu da dünya üzrə orta göstəricidən (35 %) xeyli çoxdur.

Busaat.az Dünya Bankına istinadən məlumat verir ki, bu barədə Azərbaycan hökuməti, enerji və kommunal xidmətlər sektoru, beynəlxalq maliyyə təşkilatları və donor təşkilatlarının nümayəndələrinin iştirakı ilə Binalar Sektorunda Milli Renovasiya Proqramının işlənib hazırlanması istiqamətində Enerji Effektivliyi Bazarının Qiymətləndirilməsinin ilkin nəticələri üzrə seminarda bildirilib.

Qeyd edilib ki, Azərbaycan binalarda enerji effektivliyini artırmaq üçün müxtəlif təşəbbüslər və proqramlar həyata keçirir, lakin lazımi nəticələrə nail olmaq üçün yeni və əhatəli yanaşmaya ehtiyac var.

Tədbirdə Azərbaycanda özəl (yaşayış və kommersiya) və ictimai binalar üçün Milli Renovasiya Proqramı ilə bağlı Yol Xəritəsinin əsas nəticələri, ictimai binalarda enerji effektivliyi potensialının bazar qiymətləndirilməsinin ilkin nəticələri ilə bağlı rəylər, sözügedən proqramın həyata keçirilməsi üçün ehtiyacın qiymətləndirilməsi müzakirə edilib.

Seminar Dünya Bankının həyata keçirdiyi və Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) proqramı çərçivəsində “Enerji effektivliyi və iqlim” texniki yardım layihəsinin icrası ilə bağlı təşkil olunub.

Aİ və Dünya Bankının birgə səyləri olan AZTAF Proqramı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” üzrə inkişaf məqsədlərinə nail olmaq üçün Azərbaycan Hökumətinə dəstək vermək məqsədilə yaradılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki