Dünyada son həftə ərzində koronavirusa yoluxanların sayı 3,6 milyondan çox artıb. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək qeydə alınan ən yüksək göstəricidir.
Busaat.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Son 7 gündə ölənlərin sayı isə 54 mindən çox artıb. Bu, ötən həfə ilə müqayisədə 9 min çoxdur.
Qeyd edək ki, dünyada ümumilikdə 49,7 milyona yaxın insan koronavirusa yoluxub, 1,2 milyondan çox insan bu virusdan dünyasını dəyişib.