Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.29 $▲1.69%
  • WTI neft86.59 $▲1.86%
  • Avropa qazı (TTF)84.45 €▲0.48%
  • Təbii qaz (ABŞ)3.149 $▲2.01%
  • Qızıl3 869 $▼0.20%
  • Gümüş47.47 $▼0.04%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda611.50 ¢▲2.00%
  • Bitcoin63 467 $▼2.08%
  • Ethereum1 770 $▼2.70%
  • S&P 5007 312▼1.46%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Cəmiyyət

DYP-dən piyadalara ÇAĞIRIŞ

image-1657262123_1418028
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Hazırda mövsümlə əlaqədar havanın tez qaralması, əsasən yağışlı, çiskinli olması digər hərəkət iştirakçıları kimi piyadalar üçün də bir sıra çətinliklər yaradır”:

Busaat.az xəbər verir ki, bu  barədə Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciətində bildirilib.

Məkumata görə, təhlillər göstərir ki, yağmurlu havada yolların sürüşkənliyi, məhdudiyyətli görünmə məsafəsinin artması piyadaların vurulması ilə nəticələnən yol qəzalarının sayına əhəmiyyətli dərəcədə təsir göstərir.

Bununla yanaşı, əksər hallarda piyadaların qeyri-sabit hava şəraitini düzgün qiymətləndirməməsi, daha çox sürücülərin məsuliyyətinə güvənərək yolu nəzərdə tutulmayan yerlərdən keçməsi, qəflətən yolun hərəkət hissəsinə çıxması, səki, eləcə də piyada keçidləri olduğu halda yolun hərəkət hissəsi ilə səyahətə üstünlük verməsi sonda xoşagəlməz hadisələrə gətirib çıxarır”.

“Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları hazırda ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraitində yol hərəkəti qaydalarına sözsüz əməl etməyə, yuxarıda sadalanan xüsusatları nəzərə alaraq, öz həyat və sağlamlıqlarına qarşı daha diqqətli olmağa çağırır”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=153582