
Ədəbiyyat üzrə Nobel mükafatıçısı bəlli oldu
Macarıstan yazıçısı Laszlo Krasznahorkai ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Busaat.az xəbər verir ki, Nobel Komitəsi onu böyük epik yazıçı adlandırıb.
Nobel Komitəsinin bəyanatında deyilir ki, o, bu mükafata apokaliptik dəhşətin ortasında sənətin gücünü bir daha təsdiqləyən cəlbedici və uzaqgörən əsərinə görə layiq görülüb.
“Krasznahorkai, Frans Kafkadan Tomas Bernharda qədər uzanan, absurdizm və həddindən artıq qroteskliyi ilə seçilən Mərkəzi Avropa ənənəsinin böyük epik yazıçısıdır”, – deyə komitə üzvləri qeyd ediblər.
Yeganə























