Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 405 $▲2.02%
  • Ethereum1 829 $▲3.44%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Əfqanıstanda keçmiş qadın deputat evində güllələnib

image-default-10
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Əfqanıstanın keçmiş qadın deputatı və onun mühafizəçisi paytaxt Kabildəki evində naməlum şəxslər tərəfindən güllələnib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Əfqanıstan polisi yayıb.

Mürsəl Nəbizadə 2021-ci ilin avqustunda Taliban hakimiyyəti ələ keçirdikdən sonra Kabildə qalan bir neçə qadın parlamentaridən biri olub.

Bu qətl əvvəlki administrasiyadan olan hər hansı bir deputatın Talibanın hakimiyyəti ələ keçirməsindən sonra ilk dəfə öldürülməsi hadisəsidir.

Yerli polis rəisi Molvi Həmidullah Xalid bildirib ki, Nəbizadə və onun mühafizəçisi şənbə günü səhər saat 3 radələrində eyni otaqda güllələnib.

Polis deputatın qardaşının və ikinci mühafizəçinin yaralandığını bildirib. Üçüncü mühafizəçi isə pul və qızıl-zinət əşyalarını götürərək hadisə yerindən qaçıb.

Nəbizadə  ofis kimi istifadə etdiyi evinin birinci mərtəbəsində öldürülüb. Xalid araşdırmaların davam etdiyini bildirib. O, mümkün motivlərlə bağlı suallara cavab verməyib.

Qeyd edək ki, Nəbizadə 2019-cu il seçkilərində Kabil şəhərinin deputatı kimi parlamentə seçilib və o, Taliban hakimiyyəti ələ keçirməsinə qədər vəzifəsində qalıb.

Xanım millət vəkili parlamentin müdafiə komissiyasının üzvü olub və özəl qeyri-hökumət qrupunda, İnsan Resurslarının İnkişafı və Tədqiqatları İnstitutunda işləyib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97129