
Əks-göstəriş sertifikatı bu şəxslərə veriləcək
“Əks-göstəriş sertifikatları əsasən yaşı 18-dən yuxarı, vaksinasiyanın hər hansı komponentinə ağır dərəcədə allergik reaksiyası olan, hamiləlik və südvermə dövründə olanlara veriləcək. Bunlar qəti əks-göstərişlərdir”.
Busaat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Baş infeksionist Təyyar Eyvazov bildirib. O qeyd edib ki, hələ bu qruplar arasında tədqiqatlar aparılmadığına görə vaksinasiya tətbiq olunmur: “Gələcəkdə ola bilər ki, buna baxılsın”.























