ELDAR ƏZİZOVLA VÜSAL KƏRİMLİNİN KONDİSİONER “ƏMƏLİYYATI” – VİDEO

image-tia_a7883a55aaf1cd7f71a79157b44baa69_y5691f3lk2opvezqi8hxbackend

Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Nəqliyyat Agentliyinin paytaxtın Yusif Səfərov küçəsində quraşdırdığı qapalı dayanacaqda kondisioner işləmir. Şəhər sakinlərindən biri video görüntü paylaşaraq qeyd edib ki, BŞİH və BNA yer tutmaqdan başqa heç nəyə yaramayan bu dayanacağı yaratmaqla növbəti rəzilliyə imza atıb.

Tribunainfo.az bildirir ki, əslində növbəti yeyintiyə imza atılıb. Bu minvalla büdcədən pullar silinir, amma dayanacaqlar yayın anomal istilərində sərnişinlərin sərin yerdə avtobus gözləməsi üçün heç bir fayda vermir. Halbuki həm meriya, həm agentlik bu gözləmə məntəqələrinin qurulmasında iştirak ediblər. Bəs niyə şəhərin hakimi Eldar Əzizov və agentlik sədri Vüsal Kərimli normal xidmət göstərməklə özlərinə təqdir qazanmaq istəmirlər? Vətəndaşların tənqidi onların xoşuna gəlir, yoxsa maxinasiyalar gözlərini tutub? Buyurun, həmin kadrı izləyin:

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki