Mürsəl İbrahimov idarə rəisini işdən çıxardı – Yeni təyinat
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qaradağ rayonu idarəsinin rəisi Faiq İsmayılov vəzifəsindən azad edilib.
“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı SHXÇDX-nin rəisi Mürsəl İbrahimov əmr imzalayıb.Xidmət rəisinin digər əmri ilə Faiq İsmayılov Yasamal rayonu idarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Nasir Qurbanov isə SHXÇDX-nin Qaradağ rayon idarəsinin rəisi təyin edilib.
Loading...