Ələt-Astara avtomobil yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Busaat.az-ın məlumatına görə, hadisə yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobilinin yolun kənarına aşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlar Masallı rayon sakinləri, 1974-cü il təvəllüdlü Aqşin Quliyev, 1961-ci il təvəllüdlü Aləmzər Quliyeva və Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Səidə Canbolatdır.
Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.