Məzmuna keç
  • Azeri Light122.28 $▼2.50%
  • Brent neft111.92 $▼0.13%
  • WTI neft102.93 $▼0.23%
  • Avropa qazı (TTF)97.51 €▼1.36%
  • Təbii qaz (ABŞ)2.895 $▼0.07%
  • Qızıl3 996 $▼0.20%
  • Gümüş50.89 $▼0.88%
  • Pambıq78.52 ¢▲0.33%
  • Buğda604.50 ¢▼0.37%
  • Bitcoin78 379 $▲0.75%
  • Ethereum2 247 $▼0.07%
  • S&P 5007 720▼0.36%
16°Bakı
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
İdman

Ən çox transfer qiymətinə malik oyunçular - TOP-10

image-haland
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“KPMG Football Benchmark” nəşri  futbolçuların fevral ayından etibarən çıxışlarına əsasən, transfer qiymətlərini açıqlayıb.

Busaat.az xəbər verir ki, siyahıda 10 oyunçu yer alıb. Sıralama belədir:

1. Kilian Mbappe (PSJ) – 189 milyon avro. Əvvəlki cədvəllə müqayisədə onun dəyəri 4 milyon avro artıb

2. Erlinq Haaland (“Borussiya”, Dortmund) – 131 milyon avro. Siyahının ən çox dəyər qazanan futbolçusu məhz Haalanddır. Onun qiyməti əvvəlki sıralamaya nisbətən 21 milyon avro artıb.

3. Harri Keyn (“Tottenhem”) – 127 milyon avro. Təcrübəli oyunçu dəyərini 2 milyon avro artırsa da, 1 pillə geriləyib və 3-cü yerdədir.

4. Markus Reşford (“Mançester Yunayted”) – 121 milyon avro. Qiyməti 6 milyon avro çoxalan Reşford 3 pillə irəliləyib.

5. Rahim Sterlinq (“Mançester Siti”) – 119 milyon avro. Onun dəyəri 7 milyon avro ucuzlaşıb və Sterlinq 2 pillə geriləyərək 5-ci yerə düşüb.

6. Neymar (PSJ) – 116 milyon avro. Braziliyalı ulduz qiymətini 1 milyon avro artırsa da, 1 sıra geriləyib.

7. Kevin de Brüyne (“Mançester Siti”) – 113 milyon avro. Belçikalı oyunçunun dəyəri 1 milyon avro ensə də, De Brüyne 1 pillə irəliləyib.

8. Ceydon Sanço (“Borussiya”, Dortmund) – 110 milyon avro. Onun dəyəri 8 milyon avro düşüb.

9. Məhəmməd Salah (“Liverpul”) – 110 milyon avro. Misirli futbolçunun qiyməti 5 milyon avro enib. O, 3 sıra geriləyərək 9-cu pilləyə düşüb.

10. Trent Aleksandr-Arnold (“Liverpul”) – 110 milyon avro. Arnold da dəyərini itirənlər sırasındadır. Onun qiyməti 1 milyon avro düşüb və oyunçu 1 sıra geriləyib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=46489