Sevdiyinə hər zaman sadiq qalmağı bacaran insanlar var. Belə insanlar həyatlarına aldıqları insana ürəkdən bağlı olur və xəyanət etmirlər. Astrologiyaya görə də bəzi bürclər sevdikləri insana sonadək sadiq qalırlar.
Savash.org sədaqət rəmzi sayılan və xəyanətə daha çox meylli olan bürcləri təqdim edir.
BUĞA
Buğa bürcü insanları sevdiklərinə çox sadiqdirlər. Onlar kimə aşiq olduqlarına xüsusi diqqət yetirirlər. Aşiq olduqda həmin insanı asanlıqla buraxmırlar. Çünki onlar özlərini tam olaraq o şəxsə həsr edirlər.
XƏRÇƏNG
Xərçəng bürcü çox emosional və həssasdır. Münasibətlərdə isə çox sadiqdirlər. Onlar bütün həyatlarını münasibətdə olduqları insanla keçirməyə hazırdırlar.
Xərçəng bürcləri sevgilərini göstərməkdən çəkinmirlər. Onu hər şeydən üstün tuturlar.
ŞİR
Şir bürcü altında dünyaya gələnlər aşiq olduqları insana hər zaman sadiqdir və onu çox qoruyur. Sevdikləri insana bir şey olsa, dəli belə ola bilərlər.
Münasibətdə olduqları insanları xoşbəxt etmək üçün əllərindən gələni edirlər. Nə olursa olsun, partnyorlarını dəstəkləyirlər.
ƏQRƏB
Əqrəb bürcü münasibətlərdə çox ehtiraslıdır. Əqrəblər sevdiklərinə tamamilə sadiqdirlər və onlarsız həyatı təsəvvür belə edə bilmirlər.
Münasibətdə olduqları insanı dünyanın zirvəsi hesab edirlər.
OĞLAQ
Oğlaqlar həyatlarını həmişə planlı və proqramlı yaşamağı sevirlər. Hisslər məsələsində həddindən artıq güclü olan oğlaqlar çox çətin aşiq olurlar. Ancaq aşiq olanda sevdikləri insanı tərk etmirlər. Onlar partnyorlarını bir an belə tənha hiss etdirməyən çox etibarlı insanlardır.
Qoç, Əkizlər, Qız, Tərəzi, Oxatan, Dolça və Balıqlar sadiq olmaqda çətinlik çəkirlər. Onlar flört etməyi sevirlər.