“Ərazini tərk etməsələr, güc yolu ilə çıxarılacaqlar” – TÜRKİYƏ ORDUSU GƏLİR…

“Ərazini tərk etməsələr, güc yolu ilə çıxarılacaqlar” – TÜRKİYƏ ORDUSU GƏLİR…backend

“Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin Ağdamda yerləşdirilməsi məqsədə uyğundur. Çünki Ağdamdan bütün Qarabağ ərazisini nəzarətdə saxlamaq mümkündür”.

Busaat.az xəbər verir ki,bu sözləri Redaktor.az-a hərbi ekspert Əbuzər Əbilov Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin Ağdamda yerləşdirilməsini şərh edərkən deyib. O bildirib ki, Qarabağın həm quru, həm də hava ərazisini Ağdamdan müşahidə etmək olur:

“Bundan əlavə, Ağdamın Ağdərəyə yaxın olması və bu bölgədə ermənilərin daha sıx məskunlaşması, qondarma rejimin silahlı qüvvələrinin hələ də ərazidən çıxmaq istəməməsi səbəbindən monitorniq mərkəzi məhz Ağdamda qurulub. Bununla keçmiş Dağlıq Qarabağın ermənilər yaşayan hissəsinin təhlükəsizliyi təmin ediləcək, eyni zamanda gələcəkdə burada mümkün separatçı aktivliyinin də qarşısı alınacaq.

Çünki monitorniq qrupunun məqsədi də məhz sülhü təmin etmək və qondarma rejimin qüvvələrini Azərbaycan ərazisindən çıxarmaqdır. Əgər həmin qüvvələr ərazini tərk etməsə, onlar güc yolu ilə çıxarılacaqdır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90