“Azərbaycanlılar 30 ildən sonra Qarabağa, öz torpaqlarına qayıtdılar”.
Busaat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdə keçirilən TEXNOFEST festivalında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, indi Qarabağa qayıdan azərbaycanlılar TEXNOFEST gəncləri üçün dua edirlər.
Ərdoğan qeyd edib ki, rəsmi Ankaranın davam etdirdiyi xarici və daxili siyasi kursun əsas məqsədi daha güclü Türkiyəni qurmaqdır: “Türkiyəni bütün sahələrdə, o cümlədən müdafiə sənayəsi sahəsində inkişaf etdirməkdəyik”.