Erməni təxribatlarının lokal xarakterli antiterror tədbirləri ilə susdurulması…

image-foto6backend

“Son bir neçə ayda ermənilər Azərbaycanın Qarabağ bölgəsində atəşkəsi pozur, müxtəlif çaplı silahlardan  Azərbaycan Ordusunun mövqelər atəşə tutulur, ərazilərin minalanması davam etdirilir, həmçinin səngər və sığınacaqların sayı artırılırdı.

Sentybarın 19-da Ermənistan silahlı qüvvələrinin  Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxarılmışdır.

10 noyabr 2020- ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh üçün təhlükə mənbəyidir. Ermənistan silahlı qüvvələrinin tərksilah edilərək Qarabağdan çıxarılması və ermənilərin törətdikləri təxribatın qarşısının alınması, eləcə də hərbi qulluqçularımız və mülki işçilərimizin təhlükəsizliyinin təmin olunması üçün lokal xarekterli antiterror əməliyyatlarına başlanılıb.

Ermənilər təxribatları zamanı Azərbaycanın Qarabağ bölgəsində yaşayan mülki əhalimizə də ziyan vurmağa çalışırdılar. Lakin onlardan fərqli olaraq, Azərbaycan Ordusunun erməni mülki əhalisiylə heç bir işi yoxdur. Biz öz doğma torpaqlarımızı istəyirik, mülki əhaliyə ziyan vurmaq kimi niyyətimiz yoxdur. Ermənilər Azərbaycan ordusunun qarşısında cəmi 23 saat 43 dəqiqə… dözə bildilər, onlar ağ bayraq qaldırıb, təslim oldular. 2023-cü il sentyabrın 20-si saat 13:00-da lokal xarakterli antiterror tədbirlərinin  dayandırılması barədə Müdafiə Nazirliyi məlumat verdi.

Qələbə bizimdir, Xankəndi Azərbaycandır!

Allah şəhidlərimizə rəhmət eləsin.

“Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək”, – deyə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası açıqlama yayıb.

Nənəxanım Məmişova, Bakı Qızlar Universiteti

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki