Busaat.az xəbər verir ki, bununla bağlı H.Hacıyev “Twitter” hesabında paylaşım edib.
“Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərini kaset bombaları ilə atəşə tutub. Yevlax rayonunda raket boru kəmərinin 10 metrliyinə düşüb. Ümumilikdə BTC yaxınlığında ətrafa 300-dən çox kaset bombası səpələnib. Kəmərə ziyan dəyməyib. Hadisə yerində ANAMA əməkdaşları işləyir. Çarəsiz qalan Ermənistan enerji infrastrukturlarına hücum edir”.