Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 838 $▲0.14%
  • Ethereum2 243 $▲0.34%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Gündəm

Ermənilərin Qarabağa qayıtmamasının şok səbəbi: "Yeni müharibə başlayacaq"

image-download
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Vaxtilə azərbaycanlı qonşularını yaxın buraxmayan bir çox Qarabağ ermənisi hazırda özləri qaçqın vəziyyətinə düşüblər.

Busaat.az xəbər verir ki, “Vestnik Kavkaza” nəşri bildirir ki, 22 yanvar 2021-ci ildə BMT-nin sifarişi ilə aparılmış araşdırmaya əsasən, “qaçqın vəziyyəti”nə düşən erməni ailələrinin 85%-dən çoxu hazırda yaşadıqları yerlərdən köçmək istəmirlər.

Qalan 15% isə Qarabağın böyük şəhərlərinə (Xankəndi və Xocavənd) qayıtmağı, həmçinin Ermənistanın böyük şəhərlərinə köçməyi planlaşdırır. Eyni zamanda, erməni qaçqınların 60%-i üçün əsas qida mənbəyi birbaşa paylanan ərzaq məhsullarıdır.

Respondentlərin təxminən 43%-nin övladları, eləcə də onları qəbul edən ev sahiblərinin 40%-i münaqişənin nəticələrinə görə təhsil almaq imkanından məhrum olub.

Qaçqınların 73%-dən çoxu, eləcə də onları qəbul edən ev sahiblərinin 49%-i münaqişənin qida əldə etmək imkanlarını azaltdığını deyir. Qaçqın ailələrin təxminən 14%-i və onları qəbul edən ailələrin 11%-i həftədə azı bir dəfə ərzaq ala bilmir. Ermənilərin daha bir problemi isə inamszılıqdır. Ermənilərin 64 faizi yeni savaşın başlanmasından qorxurlar.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin təqdim etdiyi rəsmi statistikaya görə, 2021-ci il noyabrın 10-da imzalanan sülh razılaşması çərçivəsində Rusiya sülhməramlıları tərəfinən indiyədək 50 mindən çox erməni bölgəyə qayıdıb.

Sorğuda iştirak edənlərin təxminən 70%-i yaxın aylarda bölgəyə qayıtmağı düşünmədiyini bildirib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=38607