Ermənistan bu səbəbdən sülh müqaviləsinə imza atmır – ŞƏRH

image-pasho-ilham-ikili-kutu-2backend

“Paşinyanın Azərbaycanla sülh müqaviləsini imzalaması onun ən yaxşı halda hakimiyyətinin sonunu gətirə bilər”.

Bunu Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalana bilməməsinin səbəblərindən danışan politoloq Samir Hümbətov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Ermənistan və Azərbaycan Brüssel görüşündə bir-birinin ərazi bütövlüyünü tanıması ilə bağlı məlumat verib, lakin sülh müqaviləsi imzalana bilmir:

“Ermənistanın sülh müqaviləsi imzalamamasının bir neçə səbəbi var. Lakin ilk və əsas səbəb Ermənistanın regionla bağlı tək başına qərar verə bilən dövlət ola bilməməsidir. Paşinyanın Azərbaycanla sülh müqaviləsini imzalaması onun ən yaxşı halda hakimiyyətinin sonunu gətirə bilər. Ermənistan üzərində ABŞ, Rusiya, Fransa, İran və digər güclərin müxtəlif təsirləri var. Ona görə də Paşinyan əgər Azərbaycanla sülh istəyirsə, özünə möhkəm dayaq tapmalıdır. Ya Paşinyan özünə möhkəm dayaq tapdıqdan sonra sülh müqaviləsini imzalayacaq, ya da bu proses uzandıqca uzanacaq. Avropa və ABŞ Ermənistana dəstək dursa və təhlükəsizliyi ilə bağlı təminat versə, Paşinyan Azərbaycanla sülh müqaviləsini imzalayacaq”.

Ələsgər

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki