Ermənistan tərəfi itkilərini açıqladı – Çox sayda ölü və yaralı var

image-1637135451-750-450backend

Erməni mediası, sosial şəbəkə istifadəçiləri, deputatlar və siyasi fəallar bu gün Ermənistanın sərhəddə törətdiyi təxribata cavab olaraq Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində itkiləri ilə bağlı açıqlamalara davam edirlər.

Busaat.az xəbər verir ki, daha bir rəqəmi “Azadlıq” radiosuna açıqlamasında hakim Mülki Müqavilə Partiyasından olan deputat Eduard Ağacanyan açıqlayıb.

 

O bildirib ki, hələlik təsdiq olunmamış məlumata görə, Ermənistanın 15 əsgəri məhv edilib, ən azı 7 əsgər isə əsir götürülüb.

Bundan öncə isə Ermənistan MN 12 əsgərin əsir götürüldüyünü, ölən və yaralananların isə dəqiqləşdirildiyini elan edib.

Qeyd edək ki, bu gün Ermənistan-Azərbaycan sərhədində erməni ordusu təxribatlar törədib. Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib və müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub. Nəticədə iki əsgərimiz yaralanıb.

Ordumuzun cavab tədbirləri nəticəsində düşmənin qüvvə və vasitələrinə zərər vurulub, erməni hərbçiləri tərk-silah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90