Ermənistanda rusiyalı hərbçinin meyiti tapılıb

Ermənistanda rusiyalı hərbçinin meyiti tapılıbbackend

Ermənistanda hərbi hissənin ərazisi xaricində müqavilə ilə xidmət edən Rusiya hərbçisinin meyiti tapılıb.

 

Busaat.az xəbər verir ki, bu barədə “TASS”a Cənub Hərbi Dairənin mətbuat xidmətindən bildiriblər.

 

Qeyd edilib ki, Rusiya Cənub Hərbi Dairənin hərbi bazasının komandanlıq komissiyası Ermənistandakı hüquq-mühafizə orqanları ilə birlikdə müqavilə ilə xidmət edən hərbi qulluqçunun ölümü ilə bağlı araşdırma aparır: “Hərbçinin cəsədi xidmət yoldaşı tərəfindən hərbi hissənin ərazisi xaricində, yaşayış yerində aşkarlanıb. Əsgərin cəsədində zorakılıq əlamətləri tapılmayıb”.

 

Məlumata görə, hazırda hadisənin başvermə şəraiti müəyyən edilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90