“Ermənistan Silahlı Qüvvələri Azərbaycan xalqına qarşı daim zorakarlıq etmişdir. Bunu 44 günlük Vətən mübaribəsində mülki əhaliyə terror aktı etməklə bir daha sübut etdi. Biz bu gündə Ermənistanın barbarlığı ilə qarşı-qarşıya qalırıq. Belə ki, Azərbaycan daxili işlər Nazirliyi sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verdiyini bildirmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumatına əsasən, avtomobilin aşması nəticəsində DİN- in 3 polisi hadisə yerində həyatını itirmiş 6 polis isə müxtəlif dərəcədən bədən xəsarəti almışdır. Gecənin növbəti saatlarında isə Daxili İşlər Nazirliyinin mətbuat xidməti sentyabrın 19-da saat 04:00 radələrində Xocavənd rayonu ərazisində avtomobilin minaya düşməsi nəticəsində sürücü və sərnişin həyatını itirmişdir.
Səhər saatlarında Azərbaycanın Baş Prakrorluğu, Daxili işlər Nazirliyi polislərinin olduğu “KamAZ” nəqliyyat vasitəsinin həmin gün Əhmədbəyli-Füzuli- Şuşa yolunun Xocavənd rayonunda , 58 ci kilometrliyində AYDAA işçilərinin öldürülməsi ilə nəticələnmiş terror hadisəsi baş verdi. Ermənilər öz təcavözkarlığını bir daha nümayiş etdirdi.
Həmçinin, Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 18-də saat 23:50 radələrində Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri ordunun Ağdam rayonu istiqamətində yerləşəb mövqelərini atıcı silahlardan atəşə tutduğunu bildirmişdir. Azərbaycan silahlı qüvvələri Ermənilərin bu vəhşi davranışların qarşısını layiqicə almış, antiterror əməliyyatı keçirməyə başlamışdır. 2023-cü il sentyabrın 20-də saat 13:00-da müəyyən şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu.
Bu şərtlərə görə: 1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklifi ilə, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçiriləcək.
Xankəndi Azərbaycandır!
Yaşasın Azərbaycan ordusu!”
Səbinə Mirzəyeva Bakı Qızlar Univeristeti-F1-21