Ermənistanın Rusiyadan gələn real dəstəyə ehtiyacı var – Zatulin

Ermənistanın Rusiyadan gələn real dəstəyə ehtiyacı var – Zatulinbackend

Ermənistanın müttəfiqi Rusiyadan şifahi və real dəstəyə ehtiyacı var.

Busaat.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin bildirib.

“Siyasi kariyeram boyu məhz bunu müdafiə edirəm. Mən həmişə Rusiya və Ermənistanın müttəfiqliyinin yararlı olacağına inanmışam. Amma müttəfiqlik münasibətlərinə görə Ermənistan hökumətinin də məsuliyyəti var və burada danışılası çox şey var. Bəli, gizlətmirəm Rusiya Ermənistan-Azərbaycan məsələlərində bir qədər ehtiyatlı davranır və məlum səbəblərdən sülh yolu ilə nəticə əldə etməyi gözləyir” – deyə, Zatulin qeyd edib.

“Bu səbəblər arasında təkcə Azərbaycan və onun arxasında dayanan Türkiyə ilə münasibətləri saxlamaq istəyi deyil, həm də Rusiyanın Ukraynadakı hadisələrə görə Qərblə qarşıdurmada olması da var. Bu baxımdan Rusiyanın mövqeyini başa düşmək olar. Ancaq mən heç bir şəkildə məsuliyyətimizdən və ya öhdəliklərimizdən qaçmağımızı istəmirəm” – deyə, rus diplomat əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki