Ermənistanla ədalətli sülh olmasa, Azərbaycan üçün yaxşı perspektiv görünmür

image-thumbs_m_c_31e014166db861a341b271a670482e14backend

Rusiyanın Ukraynaya qarşı aqresiyası səbəbindən beynəlxalq aləmdə zəifləməsi bütün dünyada geosiyasi vəziyyəti dəyişir. Azərbaycanın uzunmüddətli perspektivdə təhlükəsizliyi və sabit inkişafı təmin etmək üçün tarixi şansı var. Bunun üçün həm çevik hərəkət, həm də siyasi bacarıq lazımdır.

Azərbaycan 2020-ci ildə müharibədə qalib gəldikdən sonra 1994-cü ilin rüsvayçılığını əbədiyyən sildi və itirdiyi əraziləri öz gücünə geri qaytardı. Rusiya erməni müttəfiqlərini tam məğlubiyyətdən xilas etməli oldu.

Lakin yekun vəziyyət ermənilərlə münaqişəni həll etməyib və bu da qulp kimi müstəqilliyə təhlükə yaradır, ölkənin inkişafına mane olur. Azərbaycan illərdir “parçala və idarə et” prinsipini tətbiq edən Rusiyanın xoşməramlılığından asılı vəziyyətə düşüb – o Rusiya ki, lazım gələndə münaqişələri yenidən qızışdırır və öz məqsədləri üçün istifadə edir.

Hazırda Rusiyanın zəifləməsi və onun Qafqaz regionuna marağının azalması Azərbaycan-Ermənistan münaqişəsinin daimi həllinə imkan yaradır. Bu isə, öz növbəsində, Moskvanın Qafqaz regionunda təsirini azaldacaq.

Rəsmi Bakının hazırkı üstünlüyü münaqişənin yenidən güc yolu ilə həlli qərarını təhrik edir. Ancaq bu, məğlubiyyətə səbəb ola biləcək bir aldanma ola bilər. Zəfər və qürurun məntiqimizə təsir etməyinə icazə vermək olmaz.

Azərbaycan və Ermənistan arasında münaqişənin davamlı həlli o zaman mümkündür ki, hər iki ölkənin xalqı üçün təhlükəsizlik və sabit inkişaf perspektivləri təmin olunsun. Heç bir tərəf özünü alçaldılmış hiss etməməlidir. Düşməndən qisas almaqda mötədilliyin olmaması, gec-tez, növbəti müharibəyə gətirib çıxarır. Biz ilk növbədə ölkənin, uşaqlarımızın gələcəyini düşünməliyik.

Ona görə də indi bizlər müdriklik nümayiş etdirib ermənilərə münaqişəyə son qoymağı təklif etməliyik. Rəsmi Bakı onlara könüllü olaraq edə biləcəyindən daha yaxşı sülh şəraiti təklif etməlidir. Təklifdə aşağıdakılar ola bilər:

– Dağlıq Qarabağ üçün geniş muxtariyyət və orada yaşayan ermənilərin hüquqlarının qorunması

– Dağlıq Qarabağın yerli hakimiyyət orqanlarında və regionun polis orqanlarında ermənilərin adekvat iştirakı

– Ermənistan ərazisi ilə təhlükəsiz quru əlaqəni təmin edən Laçın dəhlizinin Qarabağ ərazisinə formal daxil edilməsi yolu ilə Qarabağ ərazisinin genişləndirilməsi.

– Dağlıq Qarabağda təhlükəsizliyə nəzarət etmək üçün beynəlxalq qüvvələrin müvəqqəti cəlb edilməsi. Bu, Rusiya, Türkiyə və Aİ və ya NATO əsgərlərindən ibarət ola bilər.

Bu, ermənilərin Dağlıq Qarabağdakı azərbaycanlılar üzərində müəyyən imtiyazlara malik olmasına gətirib çıxara bilər. Ancaq gələcək nəsillər üçün etibarlı gələcək belə bir fədakarlığa dəyər. Davamlı sülh bərqərar olduqdan sonra azərbaycanlıların iqtisadi inkişafı və daha böyük demoqrafik dinamizmi 10 ildən sonra erməniləri əhəmiyyətsiz milli azlığa çevirəcək. 20 ildən sonra biz özümüz Dağlıq Qarabağdakı son erməni məskunlaşma ərazilərini qorumağa çalışacağıq

Ermənistandan Rusiyaya “həyat dəhlizi”nin yaradılması nəzərdən keçirilə bilər, baxmayaraq ki, burada Gürcüstanla razılaşma zəruri olacaq. Dəhlizdə avtomobil və dəmir yolu, lazım gələrsə, elektrik xətti, qaz kəməri və neft kəməri də olacaq. Dəhlizə beynəlxalq qüvvələr nəzarət edə bilər hansı ki, onlar da öz növbələrində Ermənistana, onların heç vaxt dünya ilə əlaqəsi kəsilməməsinə təminat verə bilər – hətta regionda mümkün münaqişələr baş versə belə. Analoji “həyat dəhlizi” Naxçıvanın eksklavını Azərbaycanla birləşdirə bilər.

Qeyd etmək lazımdır ki, Rusiya, Türkiyə, Aİ və ABŞ belə bir razılaşmanın təmin edilməsində və onun maliyyələşdirilməsində iştirak etməlidir. Qarabağın infrastrukturunun yenidən qurulması, qalmaq istəməyən erməni əhalisinin bir hissəsinin Ermənistana köçürülməsi, “həyat dəhlizləri”nin həyata keçirilməsi çox baha başa gələcək. Qoy beynəlxalq demokratik ictimaiyyət sülh naminə bu təşəbbüsləri maliyyə cəhətdən dəstəkləsin. Rəsmi Bakı maliyyə gözləntilərini xüsusilə Azərbaycanın enerji resurslarına çıxışa can atan Avropaya açıq şəkildə bildirməlidir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki