Baş məşqçi axtarışları davam edən “Neftçi”nin türkiyəli çalışdırıcı ilə danışıqlar aparıb.
Busaat.az xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb.
Məlumata görə, klub nümayəndələri Abdullah Avcı ilə görüş keçirib. Səudiyyə Ərəbistanı klublarından da təklif alan Avcı “Neftçi”dən vaxt istəyib.
Təcrübəli çalışdırıcının qısa zamanda qərarını verəcəyi gözlənilir.
Qeyd edək ki, Abdullah Avcının son iş yeri “Trabzonspor” olub. O, Qara dəniz təmsilçisi ilə 2021/2022 mövsümündə Türkiyə Super Liqasının qalibi olub. Avcı bu ilin avqust ayında klubdan ayrılıb.
Xatırladaq ki, bundan əvvəl Bakı təmsilçisinin bosniyalı Sergey Yakiroviçlə razılığa gəldiyi deyilirdi.