“Ermənistanla sülhə nail olmaq arzusunu ifadə etməyinizi təqdir edirik” – Zərif

image-zerif111111backend

“Biz administrasiyamızın dövründə Azərbaycanla münasibətlərin ən yaxşı dövrünü yaşadığımız üçün xoşbəxtik. Hakimiyyətdə olduğumuz dövr başa çatdığı bir vaxtda İranda hakimiyyətə gələcək növbəti administrasiya üçün qardaş ölkə olan Azərbaycanla mükəmməl münasibətləri miras qoyaraq getdiyimizə görə çox şadıq”.

Busaat.az xəbər verir ki, bu barədə Azərbaycanda rəsmi səfərdə olan İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib.

“Mən Sizi və Azərbaycan xalqını milli bayramınız münasibətilə əvvəlcədən təbrik etmək və Azərbaycana, bu regiona gətirməyə müvəffəq olduğunuz inkişafa dərindən heyran olduğumuzu ifadə etmək istəyirəm. Əməkdaşlığın səviyyəsi bizi məmnun edir və hesab edirik ki, Zati-alinizin, Prezident Ruhaninin və İran rəhbərliyinin ifadə etdiyi arzusuna çatmaq üçün biz hətta daha da artığını edə bilərik.

Biz Sizin Azərbaycan torpaqlarının azad edilməsində tarixi rol oynadığınıza inanırıq və Sizi təbrik edirik. İndi isə regiona sülh gətirmək üçün tarixi bir rol oynaya bilərsiniz və biz Sizi Ermənistanla sülhə nail olmaq arzusunu ifadə etdiyiniz üçün təqdir etmək istəyirik. Bu, çox önəmlidir və biz buna nail olmaq, həmçinin işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında və bərpasında İranda hər hansı bir rolu oynamağa hazırıq”, – deyə Zərif qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90