Etibarlı münasibətlərin göstəricisi olan qarşılıqlı səfərlər…

image-ilham-eliyev8backend

“Prezident İlham Əliyev yürütdüyü müdrik və uzaqgörən siyasət sayəsində xüsusilə 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan bütün dünyada nüfuzunu artırıb , etibarlı tərəfdaşa , aparıcı regional və beynəlxalq faktora çevrilib, onunla əməkdaşlıq etmək istəyən ölkələrin sayı isə durmadan artır. Dövlət başçısının son illər müxtəlif beynəlxalq tədbirlərə , o cümlədən  Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitinə , Ərəb Dövlətləri Liqasının 31ci Zirvə toplantısına , Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın artan beynəlxalq nüfuzunun və beynəlxalq aləmdə böyüyən rolunun əyani göstəricisidir. Sentabrın 14-ü Düşənbədə Mərkəzi Asiyanın Dövlət Başçılarının 5ci məşvərət görüşü keçirilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev görüşdə fəxri qonaq qismində iştirak edib. İlk öncə Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevi və digər qonaqları salamlayıb.

Bu səfər Azərbaycan və Tacikistan arasındakı diplomatik əlaqələri daha da möhkəmləndirmək üçün bir addım idi. Azərbaycan-Tacikistan münasibətləri diplomatik münasibətlərin 30 ili ərzində səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qura və qardaş xalqlarımızın rifahına xidmət edən sanballı nəticələr əldə edə bilib. Əlaqələr davamlı şəkildə qurucu xarakter daşıyıb və dövlət başçılarının , hökümət üzvlərinin qarşılıqlı səfərləri sayəsində intensiv xarakter alıb. 2007ci ilin avqust ayında Azərbaycan Respublikasının Tacikistan Republikasında , 2008-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Ulu öndər Heydər Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhimovla görüşü siyasi-iqtisadi təmaslar üçün möhkəm sütunlar yaradıb. Hər iki republika nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini daim müdafiə etmiş, İslam Konfransı Təşkilatında yekdil mövqe nümayiş etdiribdir. Cənab Prezident  İlham Əliyevin Tacikistanla münasibətlərə xüsusi önəm verməsi də əlaqələrin yüksələn xətt üzrə inkişafını təmin edib.

Prezident İlham Əliyev səfər zamanı Tacikistan Prezidenti Emoməli Şaripoviç Rəhmova dəvəti üçün təşəkkürlərini bildirib, orada olduğu üçün məmnunluq duyduğunu deyib. Eyni zamanda Cənab Prezident Tacikistan xalqını Müstəqillik günü münasibətilə təbrik edib. O, iki dövlət arasında qardaşlığın daimi olacağını vurğulayıb. Prezident, bu səfərin Nəqliyyat və logistika sahəsi üzrə mühüm rol oynayacağını deyib. Sentyabrın 14- də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mərkəzi Asiya Dövlət başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən digər Prezidentlər Düşənbədəki “Ekspo Mərkəzi Asiya  2023” sərgisi ilə tanış olublar”.

Səbinə Mirzəyeva

Bakı Qızlar Universiteti -F1-21

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki