““Eurovision”da toyuq geyimində saqqallı qadınlar çıxış edirlər” – Peskov

image-ccbackend

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qalmaqala səbəb olan “Eurovision” təmsilçisi Manizhanın “Russian woman” mahnısı barədə açıqlama verib.

Busaat.az xəbər verir ki, Peskov bu məsələnin administrasiyanın səlahiyyətinə aid olmadığını qeyd edib:

“Söhbət müxtəlif obrazların təmsil olunduğu belə bir şou-biznes yarışmasından gedir. Orada toyuq geyimində olan saqqallı qadınlar çıxış edirlər və s. Bu səbəbdən bunun bizi qayğılandırdığını və diqqət predmetimiz olduğunu hesab etmirik”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90