Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.88 $▼1.79%
  • WTI neft90.49 $▼1.05%
  • Avropa qazı (TTF)85.98 €▼4.08%
  • Təbii qaz (ABŞ)2.975 $▲0.64%
  • Qızıl4 074 $▲0.51%
  • Gümüş51.93 $▲0.75%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda590.50 ¢▼0.80%
  • Bitcoin75 700 $▼0.35%
  • Ethereum2 227 $▼0.36%
  • S&P 5007 377▲0.27%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
İqtisadiyyat

Ev tikənlərin DİQQƏTİNƏ: “Bahalaşmanın tikinti bazarına təsiri qaçılmazdır”

image-tikinti1-700x403
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Qiyməti daha çox artan tikinti materialları kərpic, sement və armaturdur.”

Bu sözləri mövcud vəziyyətdə müşahidə olunan bahalaşmanın tikinti materiallarının qiymətinə mümkün təsirlərini qiymətləndirən əmlak məsələləri üzrə ekspert Elnur Azadov Busaat.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, son vaxtlar bəzi inşaat materiallarının qiymətində artım izlənilir:

image-419777245_0_0_2000_1132_1920x0_80_0_0_ec5e9c88e1f109fa70b1ef3cbc55db19

“Son 3-4 ildə armaturun qiyməti iki dəfə artıb. Misal üçün, 2017-ci ildə armaturun bir ton qiyməti 780-800 manat civarında idi. Hazırda isə 1550-1600 manat civarında dəyişir. Bu kəskin artım son 6 ay ərzində olub.

Qaz və elektrik enerjisinin bahalaşması istehsalçılarda maya dəyərinə təbii ki, təsir edəcək. Elektrik enerjisinin təsiri bir o qədər olmasa da, istehsalında qazın istifadə olunduğu kərpic, şüşə və bəzi materialların qiymətlərinə təsiri özünü göstərəcək.  Ümumilikdə isə kommunal xidmətlərin bahalaşması tikinti bazarına təsirsiz ötüşməyəcək. Lakin burada digər məsələ rəqabətlə bağlıdır. İstehsalçılar qiymət artımının fonunda bir-birini izləyəcək və qiymətlərlə bağlı yekun qərar verəcəklər. Bunu isə yaxın zamanda görəcəyik”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=60622