Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft95.60 $▲4.72%
  • WTI neft88.30 $▲3.55%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.343 $▲2.29%
  • Qızıl3 922 $▼1.46%
  • Gümüş50.54 $▼1.73%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda589.75 ¢▼1.95%
  • Bitcoin69 849 $▼1.96%
  • Ethereum1 982 $▼1.51%
  • S&P 5007 592▼0.33%
12°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183

Fazil Mustafa hökumətin Naxçıvana bilet qərarını tənqid etdi

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının növbəti iclasında deputat Fazil Mustafa Naxçıvana getməli olan, eyni zamanda Naxçıvandan Bakıya gəlməli olan vətəndaşların problemini qaldırıb.

Busaat.az-ın məlumatına görə, deputat hökumətin Bakı-Naxçıvan-Bakı istiqamətində uçuşlara biletlərin onlayn satılması qərarını tənqid edib.

“Hökumət ancaq onlayn bilet almağa imkan tanıyıb, elə insan var ki, nə interneti var, nə də kartı. Bilet almada qeydiyyat məsələsi məhdudiyyəti də qoyulub. Nə qeydiyyatdır bu? Kimlər qalıbsa siyahıya alın göndərin, əlavə sıxıntı niyə yaradırsınız? Üstəlik bilet pulu da yoxdur. Maliyyə nazirinə müraciət edirəm ki, təcili əlavə təyyarələr üçün pul ayrılmalıdır. Bilet pulu olmayan vətəndaşlar dövlət hesabına biletlə təmin olunmalıdır. Əgər vəsait yoxdursa, şəxsən mən öz maaşımdan 20 nəfərə bilet almağı öz öhdəmə götürürəm. Hesabı göstərin ora keçirim. Ümid edirəm ki, bilet məsələsi öz həllini tapacaq. Bunlar xarici ölkə vətəndaşı deyillər, 3 aydır evlərindən didərgin düşüblər, ana gedib Naxçıvanda əsgərlikdəki oğluna baş çəkməyə, yol bağlanıb qalıb orada. Üç aydır xeyirxah insanların gətirdiyi azuqə ilə ayaqda qalır. Naxçıvanlıların bu ağır şəraitdən çıxması üçün bütün zəruri addımlar atılmalıdır”, – deyə Fazil Mustafa bildirib.//Modern

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=11032