Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.54 $▼0.81%
  • WTI neft90.39 $▼1.01%
  • Avropa qazı (TTF)87.01 €▲1.66%
  • Təbii qaz (ABŞ)3.028 $▲0.17%
  • Qızıl4 107 $▼0.64%
  • Gümüş52.58 $▼1.01%
  • Pambıq79.47 ¢▲1.43%
  • Buğda588.50 ¢▼0.51%
  • Bitcoin74 043 $▼0.91%
  • Ethereum2 098 $▼1.26%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

Fevralın 9‑da bu bayram qeyd olunur

image-teqvim-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanda fevralın 9‑u Xıdır Nəbi bayramı qeyd olunur.

Metbuat.az xəbər verir ki, “Xıdır Nəbi” bayramı xalqın qədim adət‑ənənələrinə əsaslanan, yazın gəlişini müjdələyən mövsüm mərasimidir. Bayram adətən fevralın 9‑u və 10‑u, bəzi yerlərdə isə fevralın 14‑ü və 15‑i — Xızır İlyasın doğulduğu gün qeyd olunur. Bu dövr həmçinin fevralın 1‑dən 20‑yə kimi davam edən kiçik çillə dövrünə təsadüf edir.

Bayram xalq arasında Xıdır Nəbi, Xızır İlyas, Xızır və Xıdır kimi mifik obraz adları ilə bağlıdır. İnanca görə, Xızır çətin anlarda insanlara kömək edən himayəçi obrazdır və bayram zamanı insanlar bolluq, bərəkət və ruzi arzulayırlar.

Ənənəyə görə, bayram günlərində ailələrdə qovurğa və qovut kimi milli yeməklər hazırlanır, paylanır və qonşular arasında paylaşılır. Mərasim həm də qışın sərt günlərindən çıxıb yazın gəlişinə hazırlaşmanı simvolizə edir.

“Xıdır Nəbi” bayramı əsasən Naxçıvan, Tovuz, Qazax və digər bölgələrdə qeyd olunur və Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaşadan ənənələrdən biridir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=180084