Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 348 $▲1.93%
  • Ethereum1 825 $▲3.22%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Hadisə

FHN-dən Bakıda baş vermiş partlayışla bağlı AÇIQLAMA - FOTO/VİDEO - YENİLƏNİB

image-1707195036_6afa15a1-d2a8-3aba-952d-8328d1c50c5e_850
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən qazanxanada partlayış baş verib.

Busaat.az xəbər verir bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı qazanxanada partlayış hadisəsinin baş verdiyi, partlayış dalğasının təsirindən qazanxana binasının yararsız vəziyyətə düşdüyü müəyyən olunub.

Həmçinin, yaxınlıqdakı binanın şüşələri qırılıb və “Toyota” markalı minik avtomobilinin üzərinə daşlar tökülərək avtomobili yararsız vəziyyətə salıb. Hadisə zamanı 1 nəfər vətəndaş yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***08:00

Bakının Yasamal rayonunda partlayış baş verib.

Busaat.az xəbər verir ki, hadisə rayonun İnşaatçılar prospektində yerləşən 422 saylı qazanxanada qeydə alınıb.

Partlayış nəticəsində qazanxananın divarları uçub, ətrafdakı binaların pəncərə şüşələri qırılıb, 10-dan çox minik avtomobilinə ziyan dəyib.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib.

Partlayışda xəsarət alan bir nəfər isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=133951