Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 520 $▲2.20%
  • Ethereum1 827 $▲3.32%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Finlandiya İsveçi gözləmədən NATO-ya daxil ola bilər - İCMAL

image-300422-turkiye-nato
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Finlandiya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əlavə müqaviməti ilə üzləşdikdən sonra İsveçi gözləmədən NATO-ya üzv ola biləcəyinə ilk dəfə eyham vurub.

Busaat.az xəbər verir ki, bu barədə Bloomberg yazır.

Məlumata görə, Finlandiyanın siyasətində əhəmiyyətli dəyişiklik görmək mümkündür. Türkiyənin israrlı etirazları ilə üzləşən iki Skandinaviya ölkəsi indiyədək ərizələrini birgə nəzərdən keçirməkdə israr ediblər.

Finlandiyanın yanaşmasını nə dərəcədə dəyişəcəyini görmək zamana qalır. Finlandiya rəsmiləri iki ölkənin eyni vaxtda NATO-ya daxil olması mövqeyində qalır. Ancaq rəsmilər həm də ölkənin təkbaşına NATO-ya daxil olmağa hazırlaşmalı ola biləcəyini qeyd edir.

Bildirək ki, NATO-nun 30 üzvündən ikisi – Türkiyə və Macarıstan hələlik təklifləri ratifikasiya etməyiblər. Bir gün əvvəl Erdoğan, ifrat sağçıların Stokholmda Quranı yandırmasından sonra İsveçin namizədliyini dəstəkləməkdən imtina edib. Onun şərhlərinə cavab olaraq ABŞ rəsmiləri NATO-nun genişlənməsini dəstəklədiklərini bir daha bəyan ediblər.

Ərdoğanın şərhləri İsveçin alyansa qoşulma perspektivləri ilə bağlı şübhələri yeni səviyyəyə çatdırıb, çünki Türkiyə lideri mövqeyini dəyişməyə hazır olub-olmadığını dəqiqləşdirməyib. Mayda keçiriləcək seçkilərlə Ərdoğan dini mühafizəkarların dəstəyini almağa çalışır.

Türkiyənin Helsinki ilə ciddi problemi olmadığı üçün prosesin əvvəlində Finlandiyanın təklifini ayrıca nəzərdən keçirməyi təklif edib, lakin bu ideya həm Şimali Avropa ölkələri, həm də NATO-nun baş katibi Yens Stoltenberq tərəfindən qəbul edilməyib. Bu barədə adının açıqlanmasını istəməyən iki türk rəsmisi bildirib.

Onlar qeyd ediblər ki, Türkiyə Helsinkinin Ankara ilə əməkdaşlığından böyük ölçüdə məmnundur və bu, Türkiyənin qərarına təsir edəcək.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=98174