Finlandiya Rusiya sərhədinin seqmentinə sədd çəkib

image-finlandiyabackend

Finlandiya Rusiya ilə sərhəddə İmatra şəhəri yaxınlığında hasarın pilot seqmentinin tikintisini başa çatdırıb və rəsmi olaraq istifadəyə verib.

Busaat.az xəbər verir ki, bu barədə Finlandiya Yayım Şirkəti məlumat yayıb.

Bildirilib ki, tikintiin əsas hissəsi başa çatıb və Finlandiya Sərhəd Mühafizəçiləri hasarın bu hissəsində növbətçilik edirlər. Məlumatda qeyd edilir ki, hasarın əsas hissələri, o cümlədən maneə, bitişik yol və müşahidə sistemləri artıq hazırdır.

“Biz indi hasardan istifadə etməyi öyrənirik”, – layihə rəhbəri İsmo Kurki telekanala bildirib.

O, hasarın avqustun ortalarında tamamlandığını, lakin bəzi səbələrdən onun gec istifadəyə verilməsini söyləyib.

2022-ci ilin iyununda Finlandiyanın Daxili İşlər Nazirliyi bildirib ki, hökumət ölkəni immiqrasiya problemi də daxil olmaqla, hibrid xarakterli təhlükələrlə mübarizə aparmağa hazırlamaq üçün Rusiya ilə şərq sərhədindəki kritik ərazilərdə hasarlar qurmağı planlaşdırır.

Fevral ayında Finlandiya Rusiya ilə sərhədində İmatra sərhəd keçidi yaxınlığında üç kilometrlik hasarın pilot seqmentinin tikintisinə başladı. Hasar texniki nəzarət sistemləri ilə təchiz olunacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki