Məzmuna keç
  • Brent neft92.41 $▲1.23%
  • WTI neft86.10 $▲0.97%
  • Avropa qazı (TTF)90.00 €▲3.19%
  • Təbii qaz (ABŞ)3.275 $▲0.21%
  • Qızıl3 952 $▼0.71%
  • Gümüş51.06 $▼0.71%
  • Pambıq82.88 ¢▲0.66%
  • Buğda597.25 ¢▼0.71%
  • Bitcoin72 955 $▼1.32%
  • Ethereum2 026 $▼1.35%
  • S&P 5007 619▲1.29%
14°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Kriminal

Finlandiyada öldürülən azərbaycanlı qadın hamilə imiş...

image-540532497_637794729012620_762808737228240433_n
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Məlum olduğu kimi, bir neçə gün əvvəl Finlandiyanın Espoo şəhərində azərbaycanlı qadın keçmiş əri tərəfindən amansızlıqla qətlə yetirilib. Adı açıqlanmayan 30 yaşlı qadın iki uşaq anası olub.

Busaat.az xəbər verir ki, Finlandiyanın “Ilta-Sanomat” qəzeti həmin hadisənin təfərrüatı haqda yazıb.

Məlumatda hadisə iştirakçılarının adı və milliyyəti açıqlanmasa da, qadının 44 yaşlı keçmiş əri tərəfindən güllələndiyi qeyd olunub.

Bildirilib ki, həmin şəxs keçmiş həyat yoldaşına yaşadığı binanın girişində şüşənin arxasından tapança ilə atəş açıb. Cinayət aləti polis tərəfindən götürülüb.

Ölkənin yerli polisinin məlumatına görə, qadın qətlə yetirilərkən hadisə yerində onun iki övladı da olub.

Qəzet, həmçinin yazır ki, ailə əvvəllər Varkaus bölgəsində yaşayıb. Cütlük 2024-cü ilin yazında boşanmaq üçün məhkəməyə müraciət edib. Onların elə həmin vaxtdan ayrıldığı, qadının yeni münasibətə başladığı və hamilə olduğu bildirilir. 

“Hadisədən təqribən iki həftə əvvəl qadın keçmiş əri ilə bağlı məhdudlaşdırıcı tədbirlər üçün məhkəməyə müraciət edib. Məsələ ilə bağlı məhkəmə iclası isə hələ baş tutmayıb. Qətli törədən şəxsin Finlandiyada ciddi məhkumluğu olmayıb. O, təqribən 10 il əvvəl bir neçə xırda xuliqanlıqda təqsirləndirilsə də, zorakılıq cinayətinə görə məhkumluğu yoxdur”, – deyə qəzet yazıb.

Bununla yanaşı, polisin məlumatına görə, qətli törədən şəxs əməlini etiraf edib və istintaqla əməkdaşlıq etməyə razılaşıb. Digər detallar isə açıqlanmayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=171121