“Fiorentina” “Yuventus”un hücumçusunu transfer edəcək

image-150833backend

“Yuventus”un 24 yaşlı hücumçu Moise Kin “Fiorentina”ya keçəcək.

Busaat.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat verib.

Məlumata görə, “Yuventus”  bu keçiddən 13 milyon avro qazanacaq. 5 milyon avro isə bonuslar nəzərdə tutulub.

Qeyd edək ki, Moise Kin son mövsümdə “Yuventus”la bütün yarışlarda 20 matçda iştirak edib.

Transfermarkt Kinin transfer dəyərini 14 milyon avro qiymətləndirir.

Vəli Hüseynov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki