Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.21 $▼0.11%
  • WTI neft91.23 $▲0.44%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)3.018 $▲0.67%
  • Qızıl4 127 $▲1.29%
  • Gümüş53.03 $▲2.09%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.50 ¢▲0.04%
  • Bitcoin74 945 $▲0.88%
  • Ethereum2 139 $▲0.94%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Elm ve tehsil

Firəngiz Qasımova vəfat etdi - FOTO

image-1679932658_1679928208_vefat
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin müəllimi, coğrafiya üzrə elmlər namizədi Firəngiz Eyyub qızı Qasımova vəfat edib.

Busaat.az xəbər verir ki, Firəngiz Qasımova 30 mart 1959-cu ildə Bakı şəhərinin Zirə qəsəbəsində anadan olub. O, 1966–1976-cı illərdə Zirə qəsəbəsi 120 saylı orta məktəbdə təhsil alıb, 1976–1978-ci illərdə texniki məktəbi bitirib. 1980–1986-cı illərdə BDU-nun Coğrafiya fakültəsində ali təhsil alıb, 1987–1989-cu illərdə isə Xarici Dillər Universitetinin nəzdində “Ərəb dili” kursunu bitirib.

Firəngiz Qasımova 1980-ci ildən etibarən BDU-da əmək fəaliyyətinə başlayıb, uzun illər İqtisadi və sosial coğrafiya, 2007-ci ildən isə Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedralarında çalışıb. 2007-ci ildə “Abşeron iqtisadi rayonunun şəhər tipli yaşayış məntəqələrinin inkişafının iqtisadi və sosial təhlili” mövzusunda dissertasiya müdafiə edərək coğrafiya üzrə elmlər namizədi elmi dərəcəsini alıb.

Elmi fəaliyyəti dövründə 55 elmi məqalənin, o cümlədən 1 dərsliyin, 2 monoqrafiyanın və 7 tədris proqramının müəllifi olub. Onun tədqiqatları əsasən Azərbaycanın regionlarının sosial və iqtisadi-coğrafi problemlərinə həsr edilib. Firəngiz Qasımova ölkə daxilində və xaricdə keçirilən çoxsaylı beynəlxalq və respublika səviyyəli konfrans, simpozium və elmi tədbirlərdə fəal iştirak edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=180720