
Fizika üzrə Nobel mükafatı laureatı açıqlandı
İsveç Kral Elmlər Akademiyası 2025-ci il Fizika üzrə Nobel Mükafatının qaliblərini elan edib.
Busaat.az xəbər verir ki, elm adamları Con Klark, Mişel Devoret və Con Martinis 2025-ci il Fizika üzrə Nobel Mükafatını elektrik dövrələrində makroskopik kvant mexaniki tunelləşdirmə və enerji kvantlaşdırılmasını kəşf etdiklərinə görə qazanıblar.
İsveç Kral Elmlər Akademiyasında keçirilən mətbuat konfransında 2025-ci il fizika üzrə Nobel mükafatının laureatları açıqlanıb.
Elana görə, ABŞ-ın Kaliforniya ştatında çalışan İngiltərədən Con Klark, fransalı Mişel Devoret və amerikalı Con Martinis elektrik dövrələrində makroskopik kvant mexaniki tunelin kəşfi və enerjinin kvantlaşdırılması mövzusundakı işlərinə görə mükafatlandırılıblar.
2024-cü il Fizika üzrə Nobel Mükafatı amerikalı Con Hopfild və Britaniya-Kanada əsilli Geoffrey Hinton süni neyron şəbəkələri ilə maşın öyrənməsini təmin edən işlərinə görə verilmişdi.
Yeganə























