Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft92.47 $▲0.03%
  • WTI neft86.33 $▼0.36%
  • Avropa qazı (TTF)87.22 €▲2.67%
  • Təbii qaz (ABŞ)3.248 $▼1.31%
  • Qızıl3 990 $▼1.57%
  • Gümüş51.72 $▼1.52%
  • Pambıq82.35 ¢▲5.21%
  • Buğda600.75 ¢▲1.14%
  • Bitcoin74 600 $▲1.22%
  • Ethereum2 078 $▲1.33%
  • S&P 5007 619▲1.29%
11°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Media

“Fotojurnalistikaya Dəstək Proqramı”nın Təqdimat Mərasimi keçirildi – FOTO/VİDEO

image-3
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Mətbuat Şurasında Azərbaycan Milli Mətbuatının 150 illiyinə həsr olunan “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək” layihəsi çərçivəsində keçirilən təlimin mükafatlandırma mərasimi baş tutub.

Yenicag.az xəbər verir ki, təlimlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin Jurnalistika Fakultəsi, Mətbuat Şurası və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Natəvan Abbaslı və digər qonaqlar layihənin əhəmiyyətindən danışıb, iştirakçılara fotojurnalistika sahəsində uğur arzulayıblar.

Tədbirin sonunda təlimçilər və iştirakçılar təşəkkürnamə və sertifikatlarla mükafatlandırılıblar.

Təqdimat mərasimi xatirə şəkli ilə öz işini yekunlaşdırıb.

Qeyd edək ki, “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək” layihəsi çərçivəsində fotojurnalistika üzrə mütəxəssislər Mirakif Babayev, Aygün Qurbanlı, Azərbaycam Fotoqraflar Birliyinin İdarə Heyətinin üzvü, tanınmış fotoqraf Vüqar İbadov, “Anadolu” Agentliyinin əməkdaşları Ruslan və Rəsul Rəhimovlar, və “Röyters” Agentliyinin əməkdaşı Əziz Elxanoğlu gənc jurnalistlər və BDU-nun Jurnalistika fakultəsinin tələbələrinə fotojurnalistikanın sirləri, beynəlxalq təcrübə və yaradıcı sənət olaraq kommersiyalaşdırılması mövsuzunda təlimlər keçiblər.

https://youtu.be/VBxj04ivSo0
www.yenicag.az
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=156969