“France-24”dən yenidən TƏXRİBAT: Fransada Araik Arutyunyan üçün mətbuat konfransı təşkil edildi

“France-24”dən yenidən TƏXRİBAT: Fransada Araik Arutyunyan üçün mətbuat konfransı təşkil edildibackend

Fransada işgüzar səfərdə olan seperatçı rejimin rəhbəri Araik Arutyunyan dekabrın 7-də Parisdə iyirmiyə yaxın fransız mediası qurumlarının iştirak etdiyi mətbuat konfransı keçirib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı ARMENPRESS yayıb.

Məlumata görə, Arutyunyan Fransaya səfərinin məqsədlərini təqdim edib. Arutyunyan Azərbaycanın “Artsax xalqına” qarşı mütəmadi və tez-tez aqressiv davranış təzahürlərini, Azərbaycandan özləri üçün humanitar problemlərin yaradılmasını qeyd edib.

“Biz başa düşürük ki, Avropanın Azərbaycanla neft və qaz maraqları var, lakin bizim müraciətimiz xalqımızın öz müqəddəratını təyinetmə və yaşamaq hüququna hörmət etmək və mövcud alətlərlə Azərbaycanın soyqırım və ekspansionist siyasətinin həyata keçirilməsinin qarşısını almaqdır. Məncə, Azərbaycanın son iki ildə təkcə Artsaxa deyil, həm də Ermənistan Respublikasına qarşı hücumlarını və işğallarını xatırlatmaq yerinə düşər” – deyə, Araik Arutyunyan bildirib.

Görüşdə dövlət başçısı jurnalistlərin müxtəlif suallarını cavablandırıb, həmçinin “Frans Press” dövlət xəbər agentliyinə ayrıca müsahibə verib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90