Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft98.35 $▲5.09%
  • WTI neft90.67 $▲4.63%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.947 $▲0.51%
  • Qızıl4 124 $▼0.62%
  • Gümüş52.60 $▼0.94%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda599.25 ¢▼0.08%
  • Bitcoin76 208 $▼5.25%
  • Ethereum2 258 $▼6.76%
  • S&P 5007 417▼3.54%
15°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Dünya

Fransa Aİ-nin Ermənistandakı yeni mülki missiyasında iştirak etməyə hazırdır

image-kolonna
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fransa Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyasında iştirak etməyə hazırdır.

Busaat.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna tvitter hesabında yazıb.

“Bu, çox mühüm qərardır və Fransa Avropa missiyasında iştirak etməkdən məmnun olacaq”, – Kolonna qeyd edib.

Aİ Şurası Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Avropa İttifaqının mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib. Missiyanın məqsədi Ermənistanın sərhədyanı rayonlarında sabitliyi təşviq etmək, yerlərdə inam yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətləri normallaşdırmaq üçün Aİ tərəfindən dəstəklənən səylər üçün əlverişli mühiti təmin etməkdir.

EUMA-nın ilkin mandatı iki il olacaq və onun əməliyyat qərargahı Ermənistanda yerləşəcək. Mülki əməliyyatın komandiri EEAS-ın mülki planlaşdırma və davranış üzrə idarəedici direktoru Stefano Tomat olacaq. Sahə əməliyyatlarına cavabdeh olan missiyanın rəhbəri yaxın vaxtlarda təyin olunacaq.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=98025