Fransa anti-Azərbaycan siyasətindən əl çəkmir: Rəsmi Paris çox gözəl anlayır ki…

image-227backend

“İyulun 18-də Birləşmiş Krallığın Vudstok şəhərində keçirilən Avropa Siyasi İcmasının Zirvə toplantısında Fransa Prezidenti Emmanuel Makronun mətbuat konfransı zamanı Azərbaycanla bağlı səsləndirdiyi fikirlər beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyəti güdür və rəsmi Parisin anti-Azərbaycan siyasətinin bir hissəsidir”.

Bunu Busaat.az-a siyasi şərhçi Elmir Səftərov deyib.

Onun sözlərinə görə, Makronun Ermənistanın hərbiləşdirmə siyasətinə haqq qazandırması Fransanın Cənubi Qafqaz regionunda sabitliyə təhdid ölkə kimi sülhün əldə olunması üçün süni törədilən əngəllərin səbəbkarı olduğunu deməyə əsas verir:

“Parisin, əsasən, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan tərəfində mövqe əldə etmək məqsədilə öz çirkin ambisiyalarına çatmaq üçün İrəvana hərbi dəstək verməsi, Fransa- Ermənistan müdafiə nazirliklərinin mütəmadi müzakirələr aparması məzmun etibarilə eyni məqsədə xidmət edir. Bundan əlavə, beynəlxalq platformalarda Ermənistanın haqsız mövqeyinin dəstəklənməsi, Azərbaycana qarşı qərəzli mövqe, müxtəlif məqsədlər naminə ayrılan maliyyə vəsaitləri də Parisin imperialist maraqlarının bir neçə ildir Ermənistan vasitəsilə regiona gətirilməsi cəhdləridir”.

Siyasi şərhçi qeyd edib ki, dünyanın ən nüfuzlu təşkilatlarından olan BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvündən Fransanın bu cür qərəzli yanaşmaları, beynəlxalq hüquqa zidd davranışları həm BMT Nizamnamələrinə, həm də özünün demokratik dəyərlər adlandırdığı ideologiyasına uyğun gəlmir, bunun, sadəcə, öz məqsədləri üçün istifadə olunan bir vasitə olduğunu sübut edir. Bu səbəbdən də sülh və sabitliyin təmin olunmasına görə məsuliyyəti üzərinə götürən dövlətlərin fəaliyyətisizliyi nəticəsində dünyada xaos və uzunmüddətli müharibələr hökm sürür.

“Bütün baş verən prosesləri yaxından izləyən Fransa çox gözəl anlayır ki, vaxtilə işğal edilmiş Qarabağ və ətraf rayonlar BMT də daxil olmaqla, nüfuzlu təşkilatlar və dövlətlər tərəfindən Azərbaycanın ərazisi kimi tanınmışdı. Buna baxmayaraq, 30 illik işğal dövründə Fransadan Ermənistanın təcavüz faktının qabardılması və onun qarşının alınması istiqamətində heç bir fəaliyyət müşahidə etmədik. Əksinə Azərbaycanın suveren ərzilərinin işğal altında qalması üçün ATƏT-in Minsk qrupunun həmsədrləri qismində Fransa və digər güclər ciddi cəhdlə çalışdılar, lakin istəklərinə nail olmadılar. 2020-ci ildə isə Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Ermənistanın işğalını sonlandıran savaş apardı və öz ərazi bütövlüyünü bərpa etdi”.

Müsahibimizə görə, bundan sonra isə Fransanın ölkəmizə qarşı açıq mübarizəsi geniş vüsət aldı. Çünki Fransa uzun illərdir formalaşdırılan “status-kvo”nu qorumağa gücü çatmadığı üçün Vətən müharibəsində qalib tərəf kimi ədalətli davranış sərgiləyən Azərbaycana münasibətdə azərbaycanlılara qarşı amansız cinayətlər törətmiş Ermənistanı müdafiəyə möhtac, sülh tərəfdarı kimi təqdim edərək özünün əsl simasını bütün açıqlığı ilə gözlər önünə sərdi. Hər fürsətdə Azərbaycana qarşı mənfi ritorika sərgiləyən Fransanın Ermənistan vasitəsilə regionda məqsədlərinə çatmaq niyyəti də puç olmağa məhkumdur.

Elmir Səftərov: Fransanın regionda məqsədlərinə çatmaq niyyəti puç olmağa məhkumdur

“Çünki Azərbaycanın regionda yaratdığı yeni reallıqlar nəinki regional səviyyədə, hətta qlobal müstəvidə də bəyənilir və dəstəklənir. Avropa Siyasi Birliyinin Zirvə toplantısı çərçivəsində müxtəlif ölkələrin rəhbərlərinin dövlətimizin başçısı ilə görüşməyə təşəbbüs göstərməsi beynəlxalq arenalarda Azərbaycanın və onun liderinin artan nüfuzunun təqdimatıdır”, – detə Elmir Səftərov əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki