Fransa etiraf etdi: “Əsgərlər Əlcəzairdə terror əməliyyatlarına cəhd edib”

image-fransabackend

1,5 milyondan çox fransızın Əlcəzairə göndərildiyi xatırladılıb. 1954-1962-ci illər.

Busaat.az xəbər verir ki, bu barədə Yelisey Sarayının Əlcəzair Qurtuluş Müharibəsinin bitməsinin 60-cı ildönümü münasibətilə bu ölkədə döyüşmüş fransız əsgərlərinin xatirəsinə dərc etdiyi bəyanatda məlumat verilib.

“Bu müharibədə hökumət nəyin bahasına olursa olsun qalib gəlmək üçün tapşırıq verib. Bəzi əskərlər buna riyayət etməyib və əmrlərdən yayınıb. Onlar Cümhuriyyət dəyərlərinə zidd olaraq qarşı tərəfə qorxu və işgəncələr veriblər” – deyə, bəyanatda qeyd edilib. Bəyanatda hətta bəzi əsgərlərin gizli terror əməliyyatlarına cəhd etdiyinə dair etiraflar da yer alıb.

Digər tərəfdən açıqlamada qeyd olunub ki, fransız əsgərlərinin əksəriyyəti bu cür hərəkətlərdə iştirak etməyib, bəziləri bu hərəkətləri törədənlərdən şikayətlənib.

Qeyd edək ki, Əlcəzair 1830-cu illərə uzanan Fransa işğalına qarşı 1954-cü il noyabrın 1-də müstəqillik mübarizəsinə başlayıb. Təxminən 8 il davam edən bu mübarizədə 1,5 milyon əlcəzairli həyatını itirib, milyonlarla insan isə didərgin düşüb. Yaşanan böyük iztirablar Fransanın Afrikadan çəkildiyi zaman buraxdığı “qara ləkə” kimi tarixə yazılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki