Fransa Senatının qərarına münasibət: “Bu ölkələr müharibənin yenidən başlanmasını istəyir”

Fransa Senatının qərarına münasibət: “Bu ölkələr müharibənin yenidən başlanmasını istəyir”backend

“Fransanın ardından Hollandiya, Kanada, Belçika, Avstraliya, Uruqvay, Argentina Dağlıq Qarabağla bağlı spekultasiyaya yol verə bilər”.

Ötən gün Fransa Senatı Dağlıq Qarabağdakı separatçı qondarma qurumun tanınması ilə bağlı qətnamə qəbul edib. Qətnamədə Türkiyənin adının bir neçə dəfə çəkilməsi isə müxbir tərəfindən Fransanın bu ölkəyə olan qısqanc münasibətinin təzahürü kimi qiymətləndirilib.

Mövzu ilə bağlı Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov Busaat.az-a açıqlamasında bildirib ki,Rusiyanın Cənubi Qafqazda hərbi varlığına qarşı ciddi gedişlərin şahidi ola bilərik:

“İstisna deyil ki, Fransanın ardından Hollandiya, Kanada, Belçika, Avstraliya, Uruqvay, Argentina Dağlıq Qarabağla bağlı spekultasiyaya yol versinlər. Onlar bölgədə müharibənin yenidən başlanmasını istəyirlər. Bu işə ümumdünya erməni diasporası milyonlarla pul ayırıb. Qərbdəki erməni diasporası Paşinyanın Putinin altına yıxılmasına imkan vermək istəmir”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki