Fransa və Rusiya arasında dini gərginlik: “Pravoslav kilsəsi manipulyasiya edilir”

image-putin-inaugurates-monument-to-alexander-nevsky-and-heroes-of-lake-peipus-battlebackend

“Avropa liderlərinə gülünc və təkəbbürlü görünmək istəmirlərsə bu incə mövzuya toxunmaq tövsiyə edilmir”.

Busaat.az xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib.

Məlumata görə, Ulyanov Fransa prezidenti Emmanuel Makronun Rus Pravoslav Kilsəsi ilə bağlı dediklərini çox cəsarətli və yersiz adlandırıb.

“Fransa prezidenti özünün Rusiyada pravoslavlığın rolu ilə bağlılığını elan edib. Sovet təcrübəsinə bənzəyən çox cəsarətli və yersiz bəyanatdır. Avropa liderlərinə gülünc və təkəbbürlü görünmək istəmirlərsə, bu incə mövzuya toxunmaq tövsiyə edilmir” –deyə, Ulyanov Twitterdə xəbərdarlıq edib.

Qeyd edək ki, bazar günü keçirilən beynəlxalq forumda Makron Rus Pravoslav kilsəsinin Ukraynadakı hərbi əməliyyatlara haqq qazandırmaq üçün ölkə hakimiyyəti tərəfindən manipulyasiya edildiyini və onu Kremlin təzyiqinə müqavimət göstərməyə çağırdığını bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki